AZ

Premyer Liqadan 3 klub Xavinin “ləpirində gəzir”

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

“Arsenal”, “Tottenhem” və “Çelsi” niderlandlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıb. Ehtimal olunan transfer məbləği 60 milyon avro civarındadır.

Simons özü də karyerasını İngiltərədə davam etdirməyə hazır olduğunu bildirib.

O, son mövsümdə “Leyptsiq”in heyətində 33 oyuna çıxaraq, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı yarımmüdafiəçinin Almaniya klubu ilə müqaviləsinin müddətinin bitməsinə iki il var.

Seçilən
17
sportinfo.az

1Mənbələr