AZ

Xocalıdakı kərpic zavodu illik 16,2 milyon ədəd istehsal gücünə malikdir

XOCALI, 19 iyul. TELEQRAF

Xocalı rayonu Daşbulaq kəndində fəaliyyətə başlayan kərpic zavodunda illik 16,2 milyon ədəd kərpic istehsal olunması nəzərdə tututlur.

Sahəsi 1 hektara yaxın olan kərpic zavodunun əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xocalı kərpic zavodunda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalardan istifadə olunur. Buda, müasir dövrün tələblərinə cavab verməklə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə ilkin mərhələdə 60 nəfər daimi işlə təmin edilib. Əsas işçi heyətinin işğaldan azad edilənərazilərdəndir. Gələcəkdə öz doğma yurldlarına qayıdan sakinlərin müraciətlərini nəzərə alaraq, gələcəkdə zavodda iş yerlərinin sayının 120 – yə çatdırılması nəzərdə tutulur.

Zavodda məhsul istehsalının əsas xammalı elə Xocalı rayonu ərazisindən emal edilir. Xammalın saxlanılması üçün 6,5 hektar ərazi ayrılıb. Müəssisənin işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. Bu imtiyazlar müəssisənin öz işini daha da genişləndirməyə imkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılması, biznes üçün əlverişli mexanizmlərin yaradılmasına kömək edir. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.

Seçilən
35
teleqraf.com

1Mənbələr