Dövlət katibi Marko Rubio Venesuela ilə aparılan məhbus mübadiləsi çərçivəsində 10 Amerika vətəndaşının azad edildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan bəyanatda Rubio bildirib:
“ABŞ Venesuelada həbsdə olan 10 amerikalını vətənlərinə qaytarmaqdan böyük sevinc duyur”.
Venesuelada Amerika vətəndaşlarının son dərəcə şübhəli şəraitdə və müvafiq hüquqi prosedurlar olmadan həbs olunduğunu iddia edən Rubio bunun qəbuledilməz olduğunu vurğulayıb. “Artıq Venesuelada haqsız yerə saxlanılan bütün amerikalılar azad olunub və yurdlarına dönüblər”, – deyə əlavə edib.
Təxliyə prosesi ilə bağlı göstərdiyi səylərə görə El Salvador Prezidenti Nayib Bukeleyə təşəkkür edən Rubio “Dünyada girov saxlanılan və ya haqsız yerə həbs edilən bütün amerikalılar evlərinə dönənə qədər çalışmaqdan vaz keçməyəcəyik” ifadəsini işlədib.