AZ

Bu il bitkoinin qiyməti nə qədər artacaq?

Dünyanın ən məşhur kriptovalyutası bu yaxınlarda yeni rekorda imza atdıqdan sonra onun dəyərinin artmaqda davam edəcəyi və 2025-ci ildə 160 000 dollardan yuxarı səviyyəyə çatacağı gözlənilir.

Tribunainfo.az xəbər verir ki, bu, Qərb analitiklərinin gəldiyi qənaətdir.

Onlar hesab edirlər ki, Bitcoin-in (BTC) qiymətinin bu il maksimum 162 353 dollara çatacağı, daha sonra isə 145 167 dollar ətrafında stabilləşəcəyi gözlənilir.

Lakin bəzi mütəxəssislərin ən optimist proqnozları budu ki, BTC bu il pik qiyməti 250.000 dollar ola bilər.

Lakin kriptovalyutanın ucuzlaşacağını da düşünənlər var. Ingiltərə analitikləri düşünürlər ki, orta aşağı qiymət 87 618 dollar təşkil edən Bitkoin 70 000 dollara düşə bilər.

Fərda Uğur

Seçilən
72
tribunainfo.az

1Mənbələr