AZ

Xocalının Təzəbinə kəndində ilin sonunadək 197 fərdi ev hazır olacaq

Xocalı. Trend:

Xocalı rayonunun Təzəbinə kəndində 2025-ci ilin sonunadəkümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdievin təmir-tikintisi yekunlaşacaq. 2025-ci il iyulun 14-də 28 ailə- 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiriAfət Telmanqızı Trend-in yerli müxbirinə bildirib ki, hazırda kəndinmüasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davamedir.

Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xəttitəmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometruzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan suanbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğundarabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet vəİPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metruzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədərvə ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpasıistiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi vəmarket üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddəsakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçünbir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb.

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibatiərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlıqüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrındaAzərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterrortədbirləri nəticəsində kənd işğaldan azad olunub.
Xatırladaq ki, Prezidenti İlham Əliyev iyulun 18-də XocalınınTəzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpasısahəsində görülən işlərlə tanış olub.

phrase_var_article.chosen
54
49
az.trend.az

10phrase_var_article.sources