AZ

Qiyaslı kəndindəki tarixi məscid erməni işğalı zamanı ciddi dağıntılara məruz qalmışdı

Ağdam. Trend:

XVIII əsrdə inşa edilən və ermənilərin dağıtdığı Ağdam rayonununQiyaslı kəndindəki tarixi məscid binası yenidən bərpa olunub.

Bunu Trend-əaçıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanovdeyib.

"Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalantarixi-dini abidələrimizdən biri olub. Ağdam rayonunun Ermənistansilahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimiistifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, damörtüyü və günbəzlər tamamilə dağıdılıb", - o qeyd edib.

E.Aslanovun sözlərinə görə, Ağdam rayonu erməni işğalından azadedildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinəbaşlanılıb:

"Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindənaparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəminiqorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdənistifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkənməscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunugöstərirdi.

Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarındaminarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğularvasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub.Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmirolunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşlarıxüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlərtəmizlənib.

Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslıməscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyətabidələri siyahısındadır".

Qiyaslı
Qiyaslı
Qiyaslı
Qiyaslı
Qiyaslı
Qiyaslı
Seçilən
100
49
az.trend.az

2Mənbələr