AZ

Şair-publisist Soltan Abbas vəfat edib

Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında Neftçalada vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, o, iyulun 19-da Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə vəfat edib.
S. Abbas bu gün kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də Neftçalanın Ballıca kəndində anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb.
1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni”, “Nakam ömrün yaşıl anları”, “Ömrü yaşadan sözlər” və s. kitabların müəllifidir.
1994-cü ildə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.

Seçilən
74
13
report.az

10Mənbələr