AZ

“Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının drayverlərindən birinə çevrilməkdədir”

“İşğaldan azad edilən ərazilərdə iqtisadiyyatın inkişafı və reinteqrasiyası btövlükdə Qarabağ və Şərqi Zəngəzur üçün həyata keçirilən strategiyanın əsas elementlərindəndir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın sürətli inkişafı bütövlükdə Azərbaycan iqtisadiyyatının gələcəyi baxımından böyk perspektivlər vəd edir:

“Işğaldan azad edilən ərazilərdə məskunlaşma prosesi intensiv şəkildə həyata keçirilir. Bu ərazilərdə yaşayan və işləyənlərin sayı 50 min nəfərdən çoxdur. Bunların da 15 min nəfərindən çoxu daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Növbəti ildə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşacaq vətəndaşların sayı kəskin artacaq. Bu ərazilərdə 140 minə yaxın keçmiş məcburi köçkünün məskulaşacağı gözlənilir.

Ağdam Qarabağın sənaye mərkəzidir. Ağdamda xüsusi sənaye zonasının yaradılması da nəticədə Qarabağ üçün sənayenin inkişafı baxımından yeni imkanlar yaradır. Qarabağ və Şəriq Zəngəzur ölkə iqtisaiyyatının inkişafına töhvə verəcək, habelə qeyri-neft məhsullarının ixracı imkanlarını genişləndirəcək.

Ağdamda yaradılan sənaye müəssisələri, habelə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən abadlıq işləri onu deməyə əsas verir ki, Qarabağ Azərbaycan iqtisadiyyatının drayverlərindən birinə çevrilməkdədir”.

Seymur ƏLİYEV

Seçilən
72
moderator.az

1Mənbələr