AZ

Sloveniyada ağır xəstələrin "intiharına" icazə verən qanun qəbul edilib

Bakı. Trend:

Şərqi Avropada ilk dəfə olaraq Sloveniyada evtanaziyaleqallaşdırılıb. Cümə günü ölkənin parlamentində qəbul edilmiş yeniqanun ağır xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tibbi dəstəkyolu ilə intiharına icazə verir.

Bu baradə Trend“Fox News” telekanalına istinadən xəbər verir.

Parlamentdə keçirilən səsvermədə evtanaziya haqda qanunun lehinə50 deputat səs verib, 34 nəfər tibbi dəstəkli intiharınleqallaşdırılmasına qarşı çıxıb, 3 nəfər bitərəf qalıb.

Qanun dözülməz əzab çəkən və sağalma ümidi olmayan ölümcülxəstəlikdən əziyyət çəkən yetkin şəxslərə şamil edilir.Namizədlərin uyğun hesab olunması üçün onların ruhi baxımdan sağlamolması və mövcud müalicə imkanlarını artıq tükətməsi tələbolunur.

Ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslər bu hüquqdanyararlana bilməyəcək.

Məqalədə:
Seçilən
67
az.trend.az

1Mənbələr