Konqo Demokratik Respublikası və M23 üsyançı qruplaşması arasında Qətərdə atəşkəs razılaşması əldə edilib.
APA “Al-Arabiyya” kanalına istinadən xəbər verir ki, hər iki tərəfdən ola nümayəndələrin Doha şəhərində razılaşdığı atəşkəsin detalları açıqlanmayıb.
Qeyd edək ki, Konqonun şərq hissəsində minerallarla zəngin olan böyük əraziləri ələ keçirən M23 qruplaşması ilə Konqo hökumət qüvvələri arasında münaqişə uzun müddətdir ki davam edirdi.
Təkcə bu ilin əvvəlində üsyançı qruplaşmanın hücumlarında Goma və Bukavu bölgələrində minlərlə insan ölüb.