UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparacaq "Zirə" iştirak ərizəsini qitənin ən ali futbol qurumuna göndərib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun sərəncamında 21 futbolçu olacaq.

"Zirə" sözügedən yarışda Xorvatiyanın "Hayduk" klubu ilə birinci matçı iyulun 23-də səfərdə, cavab görüşünü isə iyulun 31-də Bakıda keçirəcək.