İsrailin Suriya və İraq xəttində formalaşdırdığı “Davud Dəhlizi” adlandırılan plan təkcə İrana qarşı deyil, Türkiyənin də cənubdan mühasirəyə alınmasını hədəfləyən çoxqatlı strateji yanaşmanın bir hissəsidir.
Publika.az “Haber Global”-a istinadənxəbər verir ki, bu plan çərçivəsində PKK/YPG-nin siyasi qolu olan Suriya Demokratik Qüvvələri (SDG) əsas rol oynayır.
İsrailin yaratmağa çalışdığı bu dəhliz Colan təpələrindən başlayaraq Dəra-Suveyda xətti və Əl-Tanf üzərindən İraqın Əbu Kamal bölgəsinə qədər uzanır. Bu xətt həm tampon zona, həm də hücum üçün irəliləyiş platforması rolunu oynayır.
Kəşfiyyat analizləri göstərir ki, plan İranın Levant (Şərqi Aralıq) bölgəsi ilə əlaqəsini kəsməklə yanaşı, Türkiyəni həm Suriyadan, həm də İraqın şimalından sıxışdırmağı hədəfləyir. PKK-nın Sincar və Maxmur bölgələrindəki varlığı da bu planla üst-üstə düşür.
İsrailin planının əsas sütunlarından biri də enerji və ticarət marşrutlarıdır. “Ben Qurion” kanalı və Suriya-Ürdün xətti üzrə planlaşdırılan boru kəməri bölgənin enerji yollarının İsrail vasitəsilə Avropaya çıxarılmasını nəzərdə tutur. Bu, İran, Rusiya və Qətərin enerji təsir dairəsini zəiflətmək məqsədi daşıyır.