Bakı. Trend:
17 iyulda Belçika Nümayəndələr Palatasının qəbul etdiyiAzərbaycan əleyhinə qətnamə - sənəd yox, sırf siyasi teatrdır.“İnsan hüquqlarına qayğı” və “sülhə dəstək” kimi bəzəklibəyanatların arxasında gizlənən bu addım, əslində, Avropada köksalmış erməni lobbisinin təlimatları ilə yazılmış bir təzyiqalətidir. Qətnamənin həmmüəllifi olan Mişel de Maegd isə artıqillərdir ki, özünü “Ermənistanın dostu” kimi təqdim edən,Azərbaycanı hər fürsətdə hədəfə alan siyasətçidir. Onun siyasifəaliyyəti və ritorikası, təkcə tərəfli olmaqla kifayətlənmir - o,birbaşa Bakıya qarşı qurulmuş informasiya cəbhəsinin ön sıralarındayer alır.
De Maegd uzun illərdir ki, öz çıxışlarında Azərbaycanın guya“etnik təmizləmə” apardığını, “hüquqları pozduğunu” və “təcavüzkarsiyasət” yürüdüyünü iddia edir. Bu iddiaların heç biri nə faktlara,nə də beynəlxalq hüququn prinsiplərinə söykənmir. O, Ermənistanın30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasınıtamamilə görməzlikdən gəlir, BMT Təhlükəsizlik Şurasının dördqətnaməsini isə sanki tanımır. Eyni zamanda, de Maegd Azərbaycanlabağlı təkidli şəkildə yeni “əvvəlcədən şərtlər” irəli sürüldüyünüdeyir, halbuki bu, sadəcə reallığın təhrifindən başqa bir şeydeyil.
Belçikalı deputatın fəaliyyəti bununla da bitmir. O, uzunillərdir ki, Avropadakı erməni diaspor təşkilatlarının fəalqonağıdır, müxtəlif tədbirlərdə çıxış edir, erməni mətbuatınamüsahibələr verir, Ermənistanın Avropa qurumlarındakı lobbiplanlarının bir parçası kimi çıxış edir. 2025-ci ilin aprelindəerməni soyqırımının 110 illiyinə həsr olunmuş mərasimdə etdiyiçıxışda, “Azərbaycan erməniləri Qarabağdan qovdu” deyə bildirmişdi.Bu əsassız ittihamın fonunda Azərbaycanın öz ərazi bütövlüyünübeynəlxalq hüquqa əsaslanaraq bərpa etdiyini isə diləgətirmədi.
De Maegd həmçinin Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayanlada mütəmadi görüşür. Bu diplomat uzun müddətdir Avropaparlamentlərində erməni lobbisinin əlaqələndiricisi kimi çıxışedir. Deputat həmçinin “Hay Dat” kimi radikal mövqeli ermənitəşkilatları ilə sıx əlaqədədir. Bu təşkilatlar Avropadaermənilərin maraqlarını qorumaq adı altında əslində revanşistideyaları yayır, Qarabağda separatizmi qızışdırmaq üçünkampaniyalar təşkil edirlər.
2025-ci il 17 iyul tarixli qətnamənin hazırlanmasında de Maegdbirbaşa iştirak edib. Qətnamə Azərbaycana qarşı “hərbi cinayətlər”iddiası ilə sanksiyaların tətbiq olunmasını tələb edir. Ancaq buiddialar nə beynəlxalq ekspertiza, nə də müstəqil faktlaraəsaslanır. Onun məqsədi aydındır - Azərbaycanı təcrid etmək, sülhprosesini dalana dirəmək və Ermənistana diplomatik “asilik” haqqıqazandırmaq.
Maraq doğuran məqam isə odur ki, bu cür qətnamələr hüquqiqüvvəyə malik deyil. Onlar yalnız siyasi rəy bildirən sənədlərdir.Ancaq təhlükə də elə bundadır - belə qətnamələr Avropa ictimairəyini formalaşdırır, Azərbaycana qarşı rəyi dəyişməyə yönəlir,informasiya müharibəsinin tərkib hissəsinə çevrilir. Beləliklə,Avropa parlamentləri erməni lobbisinin oyuncağına çevrilir.
Mişel de Maegd eyni zamanda ikili standartların canlıtəcəssümüdür. O, Xocalı qətliamını bir dəfə də olsun diləgətirməyib. Ermənistanda və 1990-cı illərin əvvəllərindəazərbaycanlıların kütləvi şəkildə qovulmasını görməzdən gəlir. AmmaAzərbaycan Ordusunun öz torpaqlarını azad etməsini “şantaj” kimitəqdim edir. Tarixə selektiv yanaşma, faktların manipulyasiyası vəbirtərəfli mövqe - de Maegdin əsas “iş metodlarıdır”.
Sual doğurur: bu adam niyə bu qədər fəaldır? Bu, sadəcə siyasisimpatiyadır, yoxsa daha ciddi bir mexanizmin tərkib hissəsidir? DeMaegdin fəaliyyəti erməni lobbisinin maliyyə və təşkilati dəstəyiilə üst-üstə düşür. Avropa parlamentinə üzv siyasətçilərin İrəvanasəfərləri, onların erməni təşkilatlarının təşkil etdiyi “insanhüquqları” tədbirlərində iştirakı, “soyqırımı” məsələsi üzərindənTürkiyə və Azərbaycana qarşı təzyiqlər - bütün bunlar sistemli işinnəticəsidir.
Nəticə çox sadədir: Mişel de Maegd sadəcə “erməni dostu” deyil,o, Avropa İttifaqında Ermənistanın maraqlarını koordinasiya edənəsas fiqurlardan biridir. Onun fəaliyyətinin nəticələriaşağıdakılardır: sülh prosesinə zərbə vurur, münaqişənin yalnız birtərəfini demonizə edir, tarixi və hüquqi həqiqətləri manipulyasiyaedir, Ermənistanın revanşist dairələrinin planlarına xidmətedir.
Belçika parlamentinin qəbul etdiyi qətnamə hüquqi baxımdan heçbir qüvvəyə malik olmasa da, çox təhlükəli bir presedent yaradır:Avropanın Ermənistanın informasiya müharibəsinin platformasınaçevrilməsi. Əgər Avropa İttifaqı Cənubi Qafqazda həqiqi sülhistəyirsə, bu cür fiqurlardan və onların birtərəflitəşəbbüslərindən uzaq durmalıdır. Əks halda, bu proses təkcə Bakıyaqarşı deyil, həm də Avropanın öz dəyərlərinə qarşı yönələcək.
Belçika parlamentinin qəbul etdiyi qətnamədə yer alan ən absurdməqamlardan biri - guya “sülh sazişinin şərtlərinin pozulması” iləbağlı iddialardır. Halbuki bu sənəd hələ imzalanmayıb. Yəni, ortadaolmayan sənədin pozulmasından danışmaq ya total dərəcədə vəziyyətianlamamaq, ya da məqsədli şəkildə reallığı təhrif etmək deməkdir.Azərbaycan və Ermənistan arasında aparılan intensiv danışıqlarabaxmayaraq, yekun sülh sazişi hələ də razılaşdırılmayıb və hansısatərəfin onu “pozduğu” haqqında danışmaq məntiqsiz vəqeyri-ciddidir.
Belçikalı deputatlara xatırlatmaq vacibdir: Azərbaycan dəfələrləbəyan edib ki, sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biriErmənistan Konstitusiyasına düzəlişlərin edilməsidir. Səbəb isəsadə və şəffafdır: Ermənistanın qüvvədə olan konstitusiyasınınpreambulasında Azərbaycan və Türkiyəyə qarşı açıq-aşkar əraziiddiaları yer alır. “Tarixi ədalətin bərpası” və “tarixiErmənistan” kimi ifadələr Bakının haqlı qəzəbinə səbəb olur. Beləbir sənəd sülh deyil, gələcək münaqişələr üçün hüquqi baza yaradır.Hər hansı qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alankonstitusiya müddəaları sülhə yox, yeni qarşıdurmalara aparanyoldur.
Ən təəccüblüsü odur ki, bu qətnamədə Ermənistanın 30 ilə yaxınbeynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərini işğal altındasaxlaması tamamilə susdurulur. BMT Təhlükəsizlik Şurasının 1993-cüildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr açıqşəkildə erməni hərbi birləşmələrinin dərhal və qeyd-şərtsizAzərbaycan torpaqlarından çıxarılmasını tələb edirdi. Amma busənədlər uzun illər boyu Ermənistan tərəfindən kobudcasına pozulub.BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2005-ci ilhesabatına əsasən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində birmilyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb.Bu, təkcə hüquqi məsələ deyil, həm də XX əsrin sonlarında başvermiş ən böyük humanitar faciələrdən biridir.
Bütün bu faktlara baxmayaraq, Belçika parlamenti qəribə şəkildəAzərbaycanı ittiham edir. Azərbaycanın isə sərhədləri daxilindəərazi bütövlüyünü bərpa etdiyini, heç bir dövlətin sərhədlərinipozmadığını görməzdən gəlirlər. Halbuki məhz Bakı sülh sazişininimzalanması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə Azərbaycanınkonkret təkliflərinə dəfələrlə cavab verməkdən yayınır. Bu, artıqBakının yox, İrəvanın qeyri-konstruktiv davranışıdır. Analitiklərhaqlı olaraq qeyd edirlər ki, bu ləngimə Ermənistan daxilindərevanşist qüvvələrin təzyiqi və bəzi dairələrin Azərbaycanın ərazibütövlüyünü tam tanımaqdan çəkinməsi ilə bağlıdır.
Bəs bütün bunların fonunda Belçikanın qətnaməsi nəyi ifadə edir?Niyə Avropa İttifaqının bir ölkəsi, beynəlxalq hüquqa sadiqlik andıiçən siyasətçiləri Azərbaycanın 30 illik işğal tarixinə gözyumurlar?
Əvvəla, bu qətnamənin hüquqi heç bir çəkisi yoxdur. Amma siyasiatmosferi zəhərləmək üçün bu cür sənədlər yetərlidir. Belə ki,sənəddə Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə sual altınaalınır. Sənəddə “artsax” ifadəsi işlədilir - halbuki bu, heç birbeynəlxalq hüquqi statusu olmayan, sırf siyasi məqsədlərləuydurulmuş bir termindir. BMT, ATƏT, Avropa Şurası və digərbeynəlxalq qurumlar hər zaman Qarabağı Azərbaycanın ayrılmazhissəsi kimi tanıyıblar. Bundan başqa, qətnamə Ermənistanın 1990-cıillərdən etibarən Azərbaycanın 20 faiz ərazisini işğal altındasaxlamasını da görməzdən gəlir. Bu torpaqlarda 900-dən çox yaşayışməntəqəsi, 600 tarixi abidə yerlə-yeksan edilib. 750 minə yaxınazərbaycanlı isə doğma evindən qovulub.
Qətnamədə 23 erməni əsilli hərbi cinayətkarın azad edilməsitələb olunur. Bu şəxslər terror və mülki əhalinin qətli ilə ittihamolunurlar. Amma sənəddə Xocalı qətliamı haqqında bir cümlə beləyoxdur. 1992-ci ildə baş verən bu vəhşilikdə 613 azərbaycanlı - ocümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib. Habelə1988–1990-cı illərdə Ermənistandan deportasiya olunmuş 250 minazərbaycanlı, dağıdılmış 67 məscid, təhqir olunmuşqəbiristanlıqlar, viran edilmiş şəhərlər və kəndlər barədə dəBelçika susur. Bu, ikili standart yox, açıq-aşkarriyakarlıqdır.
Belçika Ukraynanın ərazi bütövlüyünə şübhə ilə yanaşanları sərtşəkildə tənqid edir. Amma eyni zamanda Azərbaycanın ərazisindəqurulmuş qondarma rejimi dəstəkləyir. Bu nədir - siyasiamneziyadır, yoxsa məqsədli geosiyasi oyun?
Nəticə aydındır: Belçika parlamentinin qətnaməsi beynəlxalqhüququ yox, erməni lobbisinin maraqlarını müdafiə edir. Bu,Avropanın Cənubi Qafqazda sülhə deyil, qarşıdurmaya “investisiya”etdiyi anlamına gəlir. Əgər Avropa İttifaqı regionda sabitlik vəqarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq istəyirsə, ilknövbədə bu cür qərəzli və birtərəfli sənədlərdən imtina etməli,Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdır. Əks halda,regionda sülhü qorumaq mümkün olmayacaq.
Belçika parlamentində qəbul edilən Azərbaycan əleyhinə qətnamətəkcə ayrı-ayrı deputatların təşəbbüsü deyil, arxasında açıqşəkildə təşkilatlanmış, maliyyə və media baxımından güclü olanerməni diasporunun sistemli fəaliyyətinin nəticəsidir. Ən böyüktəsir rıçaqları isə Fransa və Belçikada yerləşir - burada erməniicmaları illərdir yerli siyasətə nüfuz edərək, Cənubi Qafqazlabağlı qərarların qəbulunda təsir gücünə sahibdirlər.
Avropa Təhlükəsizlik üzrə Analitik Mərkəzinin (ESAC) 2023-cü ilhesabatında qeyd olunurdu ki, “erməni lobbi təşkilatları Avropapaytaxtlarında siyasi hədəflərini həyata keçirmək üçün insanhüquqları və humanitar dəyərlərdən pərdə kimi istifadə edirlər”.Yəni söhbət təkcə milli və ya diaspor maraqlarından yox, həm dəgeosiyasi manipulyasiya alətlərindən gedir.
Məhz bu kontekstdə Mişel de Maegd və bir sıra digər belçikalıdeputatların erməni təşkilatlarının tədbirlərində iştirak etməsi,bu qurumlarla yaxın əlaqədə olması təsadüf deyil. Bu, artıq çoxdanşəxsi mövqe sərhədini aşaraq koordinasiyalı lobbiçiliyingöstəricisinə çevrilib. Ortaya çıxan sual isə sadədir: belə birdeputatın qəbul etdiyi qətnamə obyektiv ola bilərmi?
Erməni diasporasının bu cür aktiv fəaliyyəti təkcə sülhprosesinə zərbə deyil, həm də Ermənistanda revanşistəhval-ruhiyyəni alovlandırır. Hələ də İrəvandakı bəzi siyasiqüvvələr 2020 və 2023-cü illərdəki müharibələrin nəticələrini qəbuletməyə hazır deyil. Ermənistanda müxalifətin bir hissəsi açıqşəkildə “Qarabağın geri qaytarılmasını” tələb edir. Belçikadakıqətnamələr isə bu radikal çağırışlara beynəlxalq dəstək görüntüsüverir.
Qətnamənin hazırlanması 2025-ci ilin əvvəlindən başlayaraqerməni təşkilatlarının fəal iştirakı ilə həyata keçirilib. Aprelayında Belçika parlamentində keçirilən dinləmələrə ErmənistanınAİ-dəki səfiri Tiqran Balayan, Xankəndindəki sabiqterrorçu-separatçı xuntanın nümayəndəsi Hovanes Gevorkyan və “HayDat” ("Erməni məsələsi") təşkilatının Avropa nümayəndəliyininrəhbəri Gaspar Karapetyan qatılmışdılar.
Erməni tərəfinin nümayəndəsi jurnalistlərə bildirmişdi ki,qətnamədəki əsas müddəalar - xüsusən də “Qarabağ ermənilərininqayıdış hüququ” - məhz bu məsləhətləşmələrdən sonra əlavəolunub.
Qeyd etmək vacibdir ki, həmin dinləmələrə azərbaycanlı nümayəndəheyəti də dəvət olunmuşdu. Lakin müzakirələr qısa zamandaqalmaqallı toqquşmaya çevrildi. Erməni tərəfi bildirib ki,“Azərbaycan nümayəndələri kobud davranaraq deputatlaraqışqırıblar”. Əslində isə qalmaqala səbəb Azərbaycanın səfiri SəlimSəlimzadənin təqdim etdiyi xəritə olub. Həmin xəritədə “QərbiAzərbaycan” ifadəsi işlədilmiş və bu, Sünik vilayətinə istinadlaşərh olunmuşdu. Bu fakt Belçika parlamentində ciddi təlaş doğurmuş,Azərbaycan tərəfinin “ərazi iddiaları” ilə çıxış etdiyi görüntüsüyaradılmışdı. Halbuki bu, Ermənistan Konstitusiyasındakı realiddialara cavab xarakteri daşıyırdı.
Texniki olaraq, Belçika parlamentinin qətnaməsi hüquqi qüvvəyəmalik deyil. Lakin bu, onu təhlükəli etməkdən çıxarmır. Əksinə, busənəd bir sıra ciddi presedentlərin əsasını qoyur:
- Aİ-yə təzyiq mexanizmi kimi çıxış edir.Qətnamədə Azərbaycanla enerji əməkdaşlığına yenidən baxılması vəsanksiyaların tətbiqi təklif olunur. Bu, Avropanın enerjitəhlükəsizliyinə açıq müdaxilə cəhdidir.
- Sülh prosesinə zərbə vurur. Bakı ilə İrəvanarasında danışıqların davam etdiyi bir dövrdə, bu cür sənədlərtərəflərdən birini şeytanlaşdıraraq prosesə zərbə endirir.Qətnamədə bircə cümlə belə Ermənistanın konkret pozuntuları və yaüzərinə düşən öhdəliklərdən yayınması barədə deyilmir.
- Ermənistanda revanşizmi təşviq edir. Beləqətnamələr İrəvandakı radikal qüvvələrin əlini gücləndirir, onları“Qarabağı qaytarmaq mümkündür” düşüncəsi ilə qızışdırır. Bu,bölgədə yeni eskalasiya riskini artırır.
Bütün bu faktorları bir yerə toplasaq, sual ortaya çıxır: Buqətnamə kimə lazımdır? Cavab aydındır: Ermənistanın lobbidairələrinə. Belçika parlamenti isə neytral arbitrdən çox, onlarınsiyasi alətinə çevrilir. Əgər Avropa həqiqətən Cənubi Qafqazdasabitlik və davamlı sülh istəyirsə, birtərəfli ittihamlarıdayandırmalı, münaqişənin bütün tərəflərinin maraqlarını nəzərəalmalıdır. Əks halda, Belçika tarixin yaddaşında realdiplomatiyadan çox, siyasi spekulyasiyalarla məşğul olan bir ölkəkimi qalacaq.