Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb.
APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.
Avropa Parlamenti Gürcüstanın Avropa İttifaqına üzv olmasına şərt olaraq, ölkə rəhbərliyini tutduğu yoldan üz döndərməyə çağırıb: “Avropa Parlamenti Gürcüstan xalqı ilə həmrəydir. Parlament hazırki Gürcüstan hökumətini tanımır. Ölkədə ədalətli seçkilər keçirilməyənə qədər Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb”.