AZ

ABŞ böyük zərbə hazırlayır: “Rusiyanın vaxtı azalır”

Ağ Ev Ukraynada 50 gün ərzində atəşkəs razılaşmasına nail olunmadığı təqdirdə Rusiyaya çox ağır tariflər və əlavə sanksiyalar tətbiq edəcəkləri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavit açıqlama verib.

"Prezidentin açıqladığı kimi, 50 gün ərzində atəşkəs və ya sülh sazişi imzalanmasa və Rusiya qanuni atəşkəsi qəbul etməkdən imtina edərsə, çox ağır tariflərlə və əlavə ikinci dərəcəli sanksiyalarla üzləşəcək. Təbii ki, bu da Rusiya iqtisadiyyatına böyük zərər verəcək”, - o, açıqlamasında qeyd edib.

“Forbes” nəşrinin yazdığına görə, Rusiya Trampın ritorikasını gücləndirməsinə təhdid kimi deyil, sövdələşmə mövqeyi kimi baxır.

Seçilən
5
publika.az

1Mənbələr