AZ

Yatmazdan əvvəl 1 ədəd banan yeyin -Faydaları


Yatmazdan əvvəl banan yeməyin orqanizmə faydaları var.

Medicina.az xəbər verir ki, yatmadan əvvəl qəlyanaltılar yuxu keyfiyyətinə birbaşa təsir edə bilər.

Xüsusilə banan, tərkibindəki vitamin və minerallar sayəsində həzmə kömək edir və gecə boyu daha rahat yatmağınıza kömək edir.

Banan kalium və maqneziumla zəngindir. Bu minerallar əzələlərin rahatlamasına kömək edir və sinir sistemini sakitləşdirir.



Tərkibindəki triptofan amin turşusu da melatonin və serotonini dəstəkləyərək yuxu rejiminə müsbət təsir göstərə bilər.

Beləliklə, yatmazdan əvvəl banan yemək daha asan və daha keyfiyyətli yuxuya getməyinizə kömək edə bilər.

Aygün
Medicina.az

Seçilən
16
medicina.az

1Mənbələr