İyulun 18-dən 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU) Moskvaya pilotsuz təyyarə ilə hücum həyata keçirməyə cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qüvvələri paytaxta yaxınlaşan 14 pilotsuz uçuş aparatını (PUA) vurub.
Sobyanin "Telegram" kanalında bir neçə dəfə yenilənmiş məlumat paylaşıb:
Moskva vaxtı ilə saat 22:43-də dronların vurulduğunu bildirib;
00:20-də daha üç dronun məhv edildiyini deyib;
00:36-da daha bir dron vurulub;
01:12-də daha iki dronun vurulduğu açıqlanıb;