AZ

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi fəaliyyət göstərəcək  

Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

“Bu ilin fevralında isə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar. Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da yaradılıb”, - deyə Sənan Mənsimli əlavə edib.

Seçilən
67
49
azerbaijan-news.az

10Mənbələr