İyulun12-dən etibarən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçən 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama matçında qüvvəsini sınayıb.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv Küveytin kişilərdən ibarət yığması ilə qarşılaşıb.

Oyun küveytlilərin 77:67 hesablı qələbəsi ilə nəticələnib.

U-18-in Türkiyədəki hazırlıq prosesi iyulun 22-də başa çatacaq.

Təlim-məşq toplanışında əsas məqsəd 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına daha yaxşı hazırlaşmaqdır.