AZ

Banklar niyə biznes krediti verməkdən çəkinir? – “RİSK VAR”

“Bu gün banklar biznes kreditlərini vermək istəmir, çünki risk var. Amma riskin özü haradan yaranır? Bunu təhlil etmək lazımdır. Risk oradan yaranır ki, biznes mühiti yoxdur. Biznes mühiti olmadığı üçün sahibkar biznesə başlayır və uçuruma gedir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib. O, bildirib ki, bu məsələdə bankları qınamaq düzgün olmaz:

“Bu gün banklar biznes kreditlərini vermək istəmir, çünki risk var. Amma riskin özü haradan yaranır? Bunu təhlil etmək lazımdır. Risk oradan yaranır ki, biznes mühiti yoxdur. Biznes mühiti olmadığı üçün sahibkar biznesə başlayır və uçuruma gedir. Çox nadir hallarda sahibkarlardan kimsə öz sahəsində irəliləyə bilir. Gələn baxaq, nə qədər MMC-lər yaranır və daha sonra fəaliyyətlərini dayandırır. Nəyə görə? İsveçrədə, Belçikada iş adamı evində oturur və onun evinə 3 məmur gəlir. Biri bankdan, biri vergidən, biri isə polisdən gəlir. Onlar iş adamına deyirlər ki, xahiş edirik işinizi davam etdirəsiniz. Biz sizə vəsait də ayırırıq. 1 nəfər də işçi götürsəniz, sizə bu qədər dəstək olacağıq”.  pizza sifarişi

Ekspert vurğulayıb ki, sahibkarların biznes kreditlərinə rahat əlçatanlığını təmin etmək üçün biznes mühiti təmin edilməlidir:

“Bizdə də hansısa MMC bağlananda icra başçısı, polis rəisi, vergi xidmətini bir-bir çağırıb izah yazdırsalar ki, bu şirkət niyə bağlandı, onda bank sektoru düşəcək sahibkarın arxasınca ki, gəl sənə kredit verim. Bax problem budur. Əgər sən iş adamısansa, tarixçən varsa, bu gün qərbdə kredit götürməkdən asan şey yoxdur. Tarixçənin yaranması üçün də bu şirkət mütləq işləməlidir. Biz sərbəst biznes mühitini təmin etməliyik. Qanun insana işləyir, insan qanuna yox”.

Qeyd edək ki, 2025-ci ilin 2-ci rübünün hesabatlarına əsasən, bankların biznes kreditləri portfelinin həcminə görə 3 milyard 240 milyon manatlıq göstərici ilə ABB liderlik edir. İkinci ən böyük paya sahib bank PAŞA Bank (2 milyard 923 milyon manat), üçüncü isə Kapital Bank-dır (1 milyard 720 milyon manat).  

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr