İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaara Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak "X" səhifəsində yazıb.
T.Barrak əlavə edib ki, atəşkəs razılığı Türkiyə, İordaniya və digər qonşu dövlətlər tərəfindən də dəstək alıb.
O, həmçinin bildirib ki, ABŞ druzları, bədəviləri və sünniləri silahı yerə qoyub yeni və vahid Suriya yaratmağa çağırır.
BREAKTHROUGH —— Israeli Prime Minister @Netanyahu and Syrian President Ahmed al-Sharaa @SyPresidency supported by the U.S.A. @SecRubio have agreed to a ceasefire embraced by Türkiye, Jordan and its neighbors. We call upon Druze, Bedouins, and Sunnis to put down their weapons and…
— Ambassador Tom Barrack (@USAMBTurkiye) July 18, 2025