AZ

"Aris"in forvardı Bakıya gəlməyəcək - "Araz-Naxçıvan"a qarşı oynamayacaq

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” itki ilə üzləşib.

Sportal.az xəbər Naxçıvan təmsilçisinin rəqibi Anastasios Donis zədələnib.

Saloniki təmsilçisinin vingeri “Anortosis”ə qarşı keçirilmiş yoxlama matçında sıradan çıxıb.

28 yaşlı futbolçuya sağ ayağının baldır hissəsində yırtıq diaqnozu qoyulub. 

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” arasında ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü isə iyulun 31-də Salonikidə keçiriləcək.

 

saytlarin hazirlanmasi

Seçilən
3
sportal.az

1Mənbələr