"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə qarşılaşacaq.

Offsideplus.az haqqın.az saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələni keçsə, növbəti rəqibləri məlum olub. Bu komandalar arasında köhnə tanışlar da var.

Qeyd edək ki, reytinq xalı yüksək olan "Qarabağ" 3-cü təsnifat mərhələsində səpələnmiş komandalar arasında olacaq.

Təmsilçimizin rəqibi bu cütlərin qalibi ola bilər:

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan)

"Hamrun Spartans" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna)

"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya)

"Lex" (Polşa) - "Breidablik" (İslandiya)

RFS (Latviya) - "Malmö" (İsveç)

KuPS (Finlandiya) - "Kayrat" (Qazaxıstan).