Məşhur “Şeron” qrupu uzun fasilədən sonra geri qayıdır.
Yenisabah.az xəbər verir ki, qrup “Nəfəsim” adlı yeni mahnısının anonsunu verərək, pərəstişkarlarını sevindirib. Qrup üzvləri sosial şəbəkələrdə paylaşdıqları qısa görüntülərlə yeni layihələrinin yaxın günlərdə təqdim olunacağını bildiriblər.
Qeyd edək ki, “Şeron” qrupu illərdir Azərbaycan musiqi səhnəsində özünəməxsus dəsti-xətti ilə seçilənlərdən olub. Sezar pizza
Aydan Hacı
Telegram kanalımız