AZ

Bu hadisə "Zirə"nin diqqətində - Bir müdafiəçinin ümidinə qaldılar

Xorvatiya təmsilçisi “Hayduk” “Zirə” ilə keçirəcəyi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl müdafiədə 4 itki ilə üzləşib.

Sportinfo.az Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu Filip Uremoviç ötən mövsüm aldığı qırmızı vərəqə səbəbilə ilk oyunu buraxacaq.

Gənc stopper Sinişa Skelin yoxlama oyunu zamanı gözündən zədələnib və Bakıdakı ilk oyunda çıxış edə bilməyəcək.

Bununla yanaşı, Dominik Prpiç Portuqaliya “Portu”suna satılıb, Josip Elez isə iyunun sonlarında klubdan ayrılıb.

Belədə, yalnız ötən mövsümü Kipr "Pafos"unda icarədə keçirmiş Zvonimir Şarliyaya ümid qalır.

"Hayduk" vəziyyətdən çıxış üçün iki varianta əl atacaq. Bunlardan biri İsmael Diallonu sağ cinahdan sola keçirmək, digəri isə Mixael Japeri müdafiəyə çəkməkdir.

“Zirə” və “Hayduk” arasında ilk matç iyulun 23-də 8-ci km stadionunda (“Neftçi Arena”) keçiriləcək. Oyun saat 19:30-da başlanacaq.

Cavab görüşü isə iyulun 31-də “Polyud" stadionunda olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23.00-da çalınacaq.

Seçilən
37
sportinfo.az

1Mənbələr