"Milan" klubu sol cinah müdafiəçisi arayışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "rossoneri" hazırda "Brayton"la Pervis Estupinyan üçün danışıqlar aparır. Onların ilk təklifi Premyer Liqa klubu tərəfindən rədd edilib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" bu keçidi 20 milyon avrodan daha aşağı bir məbləğə bitirmək istəyir. Estupinyan və meneceri Jorje Mendeş bu keçidin tamamlanmağını istəyir.
Ekvadorlu futbolçu 2022-ci ildən "Brayton"da çıxış edir. O, burada 104 oyunda 5 qol vurub və 14 məhsuldar ötürmə edib.