AZ

Xaçmazda naməlum kişi meyiti tapılıb - ÖZƏL

Quba-Xaçmaz yolunun Xaçmaz şəhərindən keçən hissəsində-yolun kənarında kişi meyiti aşkar edilib.

Bizim.Media xəbər verir ki, mərhumun bədənində xəsarət izləri olmayıb.

Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilən meyitin kimliyi məlum deyil.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
105
7
bizim.media

10Mənbələr