"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Hayduk" (Xorvatiya) yay hazırlığında son yoxlama matçına çıxıb.
QOL.az xəbər verir ki, Split təmsilçisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yerli LASK-la qarşılaşıb.
Görüş avstriyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Hayduk"un qolunu Marko Livaya vurub.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də Bakıda olacaq. Oyun saat 19:30-da start götürəcək. Cavab görüşü isə iyulun 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.