Azərbaycanda daha bir uşaq futbolçu faciəvi şəkildə dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, II Liqa təmsilçisi "Araz Saatlı"nın 14 yaşlılardan ibarət komandasının üzvü Kənan Ramazanov vəfat edib.
Məlumatı Saatlı klubunun mətbuat xidməti yayıb.
K.Ramazanovun hansı şəraitdə dünyadan köçməsi barədə məlumat verilməyib.
Xatırladaq ki, bu, yeniyetmə futbolçularla bağlı ölkəmizdə son 3 gün ərzində qeydə alınan ikinci ölüm faktıdır.
İyulun 17-də "Zirə" Futbol Akademiyasının 16 yaşlılardan ibarət komandasının oyunçusu Fərid Şahverdiyev dənizdə boğulub.