Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Yəhya Hüseynov küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "KIA" avtomobilinin sürücüsü sükana nəzarəti itirib və maşın yol kənarında dayanan "Mercedes"ə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Maşınlar yoldan götürülüb, qəzanın səbəbləri araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta