Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində bir qadın ölüb, binada yanğın baş verib.
APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər. Yanan mənzillərdən 5 nəfər xilas edilib, 10-a yaxın mülki şəxs xəsarət alıb.
Dağıntılar təmizləndiyindən ölən və xəsarət alanlar haqqında məlumatlar dəqiqləşdirilir.