AZ

Yuxusuzluğun öhdəsindən gəlmək üçün nə etməli?

Нuxusuzluq sadəcə olaraq narahatlıq deyil, sağlamlığın əsl düşmənidir. Bu gün milyonlarla insan bu pozuntudan əziyyət çəkir.

Oxu.Az pravda.ru-ya istinadən xəbər verir ki, ilk baxışdan səbəblər açıq görünsə də, problemin kökü çox vaxt daha dərində gizlənir. Xroniki stress və narahatlıq sinir sisteminin fəaliyyətini pozur, davamlı yuxu pozğunluğuna səbəb olur.

Niyə yuxuya gedə bilmirik?

Müasir həyatın tempi bizim daxili bioloji kompasımızın işini pozur. Qeyri-müntəzəm qrafik, gecə növbələri, səhərə qədər seriallara baxmaq - bütün bunlar bədəni sıradan çıxarır.

Yataq otağının havasız və ya həddindən çox işıqlı olması, küçədən gələn səslər, eləcə də narahat yataq yuxunu pozan elementlər sayılır.

Yuxusuzluğun təhlükələri nələrdir?

Bu, təkcə əhvalı pozmur. Xroniki yuxu çatışmazlığı ciddi problemlərə yol aça bilər: ürək-damar xəstəliklərindən tutmuş koqnitiv pozğunluğa qədər.

Nə etməli?

İlk addım rejimiə düzgün nəzər salmaqdır. Yuxudan oyanma və yuxuya getmə vaxtının sabit olması, balanslaşdırılmış qidalanma və yatmazdan ən azı bir saat əvvəl qadcetlərdən imtina etmək faydalıdır.

Seçilən
29
demokrat.az

1Mənbələr