AZ

Premyer Liqa: “ev”indən ayrı düşənlər

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün startına bir aydan az vaxt qalıb. 15 avqustda başlayaca çempionatda artıq ilk turun oyun cədvəli açıqlanıb.

Debütantlar – “İmişli” və “Karvan” birinci tuda rəqiblərini “evdə” qəbul etməlidir. Amma…

Komanda sayının artması AFFA tərəfindən son dönəmlərdə verilən müsbət qərarlardan biri, bəlkə də birincisidir. Lakin komandaların buna nə dərəcə hazır olması həmişə sual altında qalıb. Yeni mövsümdə isə bu “hazırlığın” səviyyəsi ilə tanış olacağıq.

Legioner transferləri ilə gündəmə gələn “İmişli”nin ev oyununu harda keçirəcəyi bilinmir. Bölgədə olan mərkəzi arena klubun balansında deyil və təmirə ehtiyacı olan stadiona pul ayrılmır. Daha əvvəl komandaya Ağsu şəhər stadionunda oynamaq təklif edilib, amma orda da hazırlıqlar hələ başa çatmayıb. Arena Premyer Liqa tələblərini qarşılamır. Suallar fonunda “İmişli”nin birinci turda “Turan Tovuz”la harda oynayacağı qaranlıq olaraq qalır.

Digər məsələ isə “Karvan”dır. Yevlaxdakı stadionun təmirdə olması səbəbindən komanda ilk turda rəqibini Şamaxıda qəbul edəcək. Hansı müddətə burda oynanılacaq hələ məlum deyil.

Stadion dəyişikliyinin digəri isə “Turan Tovuz”la bağlıdır. Tovuz şəhər stadionu iyulun 20-dən təmirə bağlanacaq və komanda müvəqqəti “Qarabağ”a məxsus olan “Azersun Arena”da oynayacaq.

Ötən il də Gəncədən ayrı düşən “Kəpəz” mövsümün startını doğma bölgəsindən kənarda keçirəcək. Keçən mövsümü Tovuzda oynayan “sarı-göylər” bu dəfə müvəqqəti Qəbələ şəhər stadionuna sığınacaq.

Premyer Liqa klublarının yeni mövsümdə ev oyunlarını keçirəcəyi stadionları təqdim edirik:

Qarabağ
“Azersun Arena”, Tofiq Bəhramov (böyük ehtimalla Tofiq Bəhramov)

Zirə
Zirə İdman Kompleksinin stadionu

Araz-Naxçıvan
“Liv Bona Dea Arena”

Turan Tovuz
“Azersun Arena”

Sabah
“Bank Respublika Arena”

Neftçi
“Neftçi Arena”

Şamaxı
Şamaxı şəhər stadionu

Sumqayıt
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Kəpəz
Qəbələ şəhər stadionu

İmişli
Qeyri-müəyyən

Karvan
Şamaxı şəhər stadionu

Seçilən
38
futbolpress.az

1Mənbələr