AZ

İsrail Suveyda druzlarına humanitar yardım göndərmək niyyətindədir

İsrailin xarici işlər naziri Gideon Saarın göstərişi ilə Suriyanın Suveyda vilayətində yaşayan druzlara humanitar yardım göndəriləcək.

APA xəbər verir ki, bu barədə “əl-Arabiyyə” telekanalı məlumat verib.

İsrail XİN tərəfindən maliyyələşdiriləcək yardımlara ərzaq məhsulları, tibbi avadanlıqlar, ilkin tibbi yardım ləvazimatları və dərmanlar daxildir. Nazirlik yardımların “müəyyən yolla” çatdırılacağını deyib.

İsrail mart ayında da suriyalı druzlara yardımlar göndərib.

Seçilən
71
1
apa.az

3Mənbələr