AZ

"İlqar Xəyalla buna görə 18 ildir küsülüyük" - Elgizdən etiraf

"18 il bundan əvvəl məndən asılı olmayan səbəbə görə İlqar Xəyalla bir insident yaşandı. Allah şahiddir ki, üzünü görməmişdim. Orada olacağından xəbərsiz idim. Ele oldu ki, İlqar bəy səhnəyə çıxmadı. Düz 18 ildir ki, buna görə biz danışmırıq".

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, küsülü olduqları 18 il ərzində cəmi bir dəfə üz-üzə gəldiklərini bildirib:

"Məkanların birində üz-üzə gəldik, istədim ki, görüşüm. Her halda o məndən böyükdür, gərək yaxınlaşardım. Elə bilir ki, onun qəlbinə dəymişəm. Bu 18 il ərzində bir dəfə üz-üzə gəlmişik. Yeganı müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq. Onu çox istəyirəm, gözəl insandır. Konsert salonunu tamaşaçılarla dolduran insandır, anşlaq olurdu. Bunu mən görmüşəm, konsertinə bilet tapılmırdı. Günlərlə konsert keçirirdi".

Seçilən
10
5
publika.az

6Mənbələr