BAKI, 19 iyul. TELEQRAF
“WhatsApp” messencerinin Rusiya bazarını tərk etməsinə hazırlaşmaq lazımdır.
Teleqraf xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsi sədrinin birinci müavini Anton Qorelkin bildirib.
O deyib: “Böyük ehtimalla, WhatsApp məhdudiyyətlərə məruz qalan qeyri-dost ölkələrin proqram təminatı siyahısına düşəcək”.
Sədr müavini Rusiyada “WhatsApp”dan istifadə ilə bağlı statistik rəqəmlərə də toxunub. Gorelkinin sözlərinə görə, rusların 68%-i messencerdən müntəzəm olaraq — hər gün istifadə edir. Eyni zamanda, Telegram ruslar arasında messencerdən istifadəyə görə ikinci yerdədir.
A.Qorelkin əlavə edib: "Şəxsən mən hesab edirəm ki, xüsusən də Rusiya qanunvericiliyinin tələblərinə cavab verərsə və bazarda qalmaq istəyini sübut edərsə, Telegram bu siyahıya daxil edilməyəcək".
Bundan əlavə, deputat Telegram-ın hüquqi statusunun qeyri-müəyyənliyinə diqqət çəkərək, onun qeydiyyatı ilə bağlı ziddiyyətli məlumatlara diqqət çəkib. "Roskomnadzor" reyestrində messencer Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçib, lakin deputatın sözlərinə görə, Pavel Durovun şirkətinin faktiki baş ofisi Rusiya ilə dostluq münasibətləri saxlayan BƏƏ-də yerləşir.
Deputatın qeyd etdiyi kimi, "WhatsApp" Rusiyada yerli analoqu - Max messenceri ilə əvəz olunacaq.