AZ

Uduzdu və ...öldü

Meksikalı boksçu Pedro Antonio Rodriges Amerikada keçirdiyi və məğlub olduğu döyüşdən sonra ölüb.

"Football-plus.az xəbər verir ki, onun 37 yaşı var idi. Rodriges iyulun 6-da amerikalı Filipp Velle ilə döyüşdən məğlub ayrılıb. “Marca”nın yazdığına görə, meksikalı döyüş bitəndən sonra otelə qayıdıb, qaldığı otağa qalxıb və şam yeməyi üçün aşağı düşməyi planlaşdırıb. Ancaq onu şam yeməyində görən olmayıb. Otelin əməkdaşları səhər otağa baxarkən boksçunun cəsədini aşkar edib.

Rodriges indiyi qədər keçirdiyi 44 döyüşün 15-də qalib gəlmiş, 26-da uduzmuşdu. Daha 3 döyüş heç-heçə bitmişdi.

Seçilən
86
football-plus.az

1Mənbələr