“Atletiko”nun futbolçusu Anxel Korrea klubunu dəyişib.
"Football-plus.az" xəbər verir ki, Argentina millisinin üzvü bundan sonra Meksikada oynayacaq.
30 yaşlı yarımmüdafiəçi “Tiqres”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Korrea ilə 5 illik müqavilə imzalanıb. “Tiqres” onun transferi üçün La Liqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək.
Anxel “Atletiko”da 2021-ci ildən çıxış edirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta