“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Çelsi”dən Noni Maduekeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.
Madueke ötən mövsümdə 46 oyunda 11 qol vurub.