AZ

Alman ordusunda ən böyük silahlanma: 600 tank, 1000 zirehli texnika...

Ukrayna müharibəsi, İran-İsrail gərginliyi və artan qlobal qarşıdurmalar nəticəsində Avropada müdafiə xərcləri ciddi şəkildə artıb. Bu kontekstdə Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə ordusuna bu qədər böyük sərmayə qoyur. Alman hökuməti 600 Leopard 2A8 döyüş tankı və 1000-ə yaxın zirehli texnika almağı planlaşdırır.

Bu addım, Soyuq Müharibədən sonra Almaniya ordusunun ən böyük modernizasiya proqramı sayılır. İslahatlar, Berlinin Rusiya təhlükəsi qarşısında ordunun döyüş gücünü artırmaq məqsədilə 100 milyard avroluq xüsusi müdafiə fondu yaratması ilə başlayıb.

Hazırda Almaniya ordusunda təxminən 313 əsas döyüş tankı və 1370-dən çox zirehli texnika mövcuddur. Lakin bu texnikaların bir hissəsinin köhnə və istifadəyə yararsız olduğu bildirilir. Yeni texnika ilə Almaniya potensial yüksək intensivlikli münaqişələrə hazır olmaq istəyir.

Bu arada Rusiya da tank istehsalını artıraraq illik 300 ədədə çatdırıb. İngiltərə və Polşa kimi ölkələr də tank və zirehli texnika alışlarını genişləndirir. Polşa, Cənubi Koreyadan 360 K2 tankı və yüzlərlə digər silah sistemi almaqla regionda hərbi gücünü artırır.
Seçilən
71
sherg.az

1Mənbələr