BAKI, 18 iyul. TELEQRAF
ABŞ-nin keçmiş prezidenti Obamanın adminstrasiyası kəşfiyyat qurumundan Donald Trampı sarsıtmaq üçün siyasi məqsədlərlə istifadə edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard bildirib.
O deyib: “Amerikalılar nəhayət 2016-cı ildə kəşfiyyatın Obama administrasiyasının ən güclü adamları tərəfindən necə siyasiləşdirildiyi və silahlandırıldığı barədə həqiqəti öyrənəcəklər”.
Xatırladaq ki, ABŞ Prezidenti D.Tramp 2016-cı ilin dekabrında prezident seçildikdən sonra Obama administrasiyası əvvəlki qiymətləndirmələrdən fərqlənməli olan yeni hesabat hazırlanması barədə göstəriş verib. T.Gabbard Rusiyanın 2016-cı il prezident seçkilərinə təsir etmədiyinə dair kəşfiyyatın əsas tapıntısının məxfi olduğunu vurğulayıb.
Milli kəşfiyyat direktoru bunu “kəşfiyyatdan siyasi alət kimi açıq şəkildə istifadə” adlandırıb.