Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, bu gün Bolqarıstan çempionatında 2025/2026-cı illər mövsümünə start verilib.
Cəlalın komandası yeni mövsümün ilk turunda ÇSKA 1948 (Sofiya) ilə qarşılaşıb. Səfərdə baş tutmuş bu oyunda “Arda” minimal hesabla məğlub olub.
Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub. Amma o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 50 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.