AZ

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

 

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslə¬rinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini ver¬mişdir.

 

Heydər ƏLİYEV,
Ümummilli lider

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda milli mətbuatın 150 illik yubileyi geniş şəkildə qeyd olunur. 
Ölkə rəhbərinin qərara aldığı kimi, Prezident Administrasiyası Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurası ilə birlikdə silsilə yubiley tədbirlərinin keçirilməsini yüksək səviyyədə təmin edir. 
Biz də mətbuat işçisi olaraq, bu təqdirəlayiq addımı mediaya verilən dəyərin, bu sahədə çalışanlara göstərilən diqqət və qayğının yüksək göstəricisi, dövlətçilik tariximizdə mühüm və əhəmiyyətli hadisə kimi xarakterizə edirik.
Dövlət başçısı tərəfindən imzalanan bu sərəncam, eyni zamanda, milli mətbuatımızın təəssübkeşi, jurnalistikamızın inkişafına misilsiz töhfələr ver¬miş Ulu öndər Heydər Əliyev ənənəsinin uğurlu davamının bariz nümunəsidir, desək yanılmarıq. 
Sərəncamda vurğulandığı kimi, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir...
Bu yönümdə demək yerinə düşər ki, üç il öncə “Media haqqında” Qanunun təsdiqlənməsi ölkə mətbuatının tərəqqisinə rəvac verdi.
Sərəncamda həmçinin Vətən müharibəsindəki Qələbəmizin önə çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Necə ki, 44 gün ərzində peşəkar, vətənsevər jurnalistlərimizin   informasiya cəbhəsindəki fəallığının şahidi olduq.
Sərəncam media mənsublarının üzərinə böyük məsuliyyət qoyur. Və hər bir mətbuat işçisi, jurnalist öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Dərk etməlidir ki, dördüncü hakimiyyət funksiyasını daşıyan bu çətin, şərəfli peşə sahibi bacarıqlı, savadlı olmalı, mütərəqqi ideyalara söykənməlidir – istər elektron, istərsə də çap mediasında.    
Odur ki, paytaxtla yanaşı, regionlarda da onlayn və çap media subyektlərinin inkişafına diqqət ayrılmalıdır. Onların maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, fəaliyyətinlərinin təkmilləşdirilməsi istiqmətində əhəmiyyətli layihələr həyata keçirilməlidir.
Bu işdə təbii ki, rayon qəzetlərinin yerli strukturların mənəvi, maddi dəstəyinə ehtiyacı var. Necə ki, bu gün Yaponiya, Fransa, ABŞ, Britaniya, Türkiyə, İran və bir çox ölkələrdə tirajı 100 minlərlə olan gündəlik, həfətəlik qəzetlər nəşr edilir. Hətta kənd, region qəzetləri inkişaf etdirilir. 
Unutmamalıyıq ki, qəzet dövlət arxivi, dövlətçilik tarixidir. Qəzet tarixin, mədəniyyətin, əhalinin məşğuliyyətinin, adət-ənənəsinin, ictimai-siyasi, sosial uğurların və problemlərin təbliği baxımından əvəzedilməzdir. 
İnanırıq ki, qəzetlə təməli qoyulan Milli Mətbuatımızın 150 illik yubileyi ilə bağlı Möhtərəm Prezidentimizin Sərəncamı ölkə jurnalistikasının gələcək inkişafı üçün yeni üfüqlər açacaq.

 

Akif AĞAYEV,
jurnalist-publisist,
Masallı rayonu.

 

Seçilən
8
qht.az

1Mənbələr