AZ

ABŞ kəşfiyyatı Pezeşkianın İsrailin bombardmanı zamanıXƏSARƏT ALDIĞINI TƏSDİQLƏDİ

ABŞ kəşfiyyatı İran Prezidenti Məsud Pezeşkianın ötən ay İsrailin hava hücumu nəticəsində yaralandığını təsdiqləyib.

 

Bu barədə "CBS News"a ABŞ kəşfiyyatından adı açıqlanmayan iki mənbə məlumat verib.

 

Mənbələrin məlumatına görə, M.Pezeşkian həmin vaxt ayağından xəsarət alıb, lakin ehtiyat qəza tuneli vasitəsilə partlayışın baş verdiyi yerdən uzaqlaşa bilib.

 

Xatırladaq ki, bir müddət əvvəl İran KİV-i  məlumat yayaraq iyunun 16-da Tehranın qərb hissəsində bir binanın aşağı mərtəbələrinin bombalandığını xəbər verib. Həmin məkanda isə Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib və İran Prezidenti Məsud Pezeşkian da orada iştirak edib. Hadisə vaxtı M.Pezeşkianın ayağından yaralandığı bildirilmişdi.

 

Seçilən
10
4
senzor.az

5Mənbələr