AZ

ABŞ Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına investisiya qoyacaq – Sviridenko

Ukrayna və ABŞ Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalına investisiyaları nəzərdə tutan saziş üzrə detallı danışıqlar aparırlar. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Reuters agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, saziş çərçivəsində ABŞ yalnız investisiya yatırmayacaq, həm də Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarını alacaq. “ABŞ Ukraynanın Rusiyaya qarşı müharibədə əsas hərbi tərəfdaşıdır və bu əməkdaşlıq müdafiə sənayesinin inkişafına töhfə verəcək”, – deyə Sviridenko vurğulayıb.

Bəyanat Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni hökumətə ölkənin hərbi sənaye potensialını genişləndirmək və strateji tərəfdaşlarla əlaqələri gücləndirmək tapşırığını verməsindən bir gün sonra səsləndirilib.

Sviridenko bu fikirləri Kiyevdə yeni nazirlərlə birlikdə keçirdiyi brifinqdə səsləndirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr