AZ

Məşhur reper Rusiyada AXTARIŞA VERİLDİ

Rusiya Daxili İşlər Nazirliyi (DİN) reper Face-i (əsl adı İvan Dremin) axtarışa verib.

Bizim.Media xəbər verir ki, o, Rusiya Federasiyasında xarici agentlər siyahısına daxil edilib.

"Dremin İvan Timofeyeviç. Cinayət Məcəlləsi üzrə axtarılır”, - deyə Daxili İşlər Nazirliyinin axtarış bazasında qeyd olunub.

Reperə konkret hansı maddə üzrə axtarış elan edildiyi açıqlanmayıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bu qərar Dreminə qarşı xarici agentlər haqqında qanunun pozulmasına görə cinayət işi açılması ilə bağlı ola bilər.

Bizim.Media

Seçilən
69
bizim.media

1Mənbələr