AZ

Premyer Liqa klubunda 2 min manatlıq SÖHBƏT

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Səbuhi Abdullazadə ilə uzun sürən danışıqlar müsbət nəticə verib.

23 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümü də "Kimyaçılar"ın şərəfini qoruyacaq.

"Sumqayıt" öz yetirməsini razı salmaq üçün əlavə xərcə düşməli alıb.

Belə ki, Abdullazadəyə edilən təklifdə onun yeni maaşı 10 min manat göstərilib.

Amma futbolçu klubun istəyini geri çevirib, daha çox qazanmaq istədiyini açıq şəkildə dilə gətirib.

Uzun çək-çevirdən sonra klub qiymət artımına getməli olub.

Yetirməsinin inadından dönmədiyini görən rəhbərlik əmək haqqını 12 min manata qaldırıb.

Yalnız bundan sonra Səbuhini razı salmaq mümkün olub.

Azərbaycan millisinin üzvü karyerası ərzində yalnız Sumqayıt təmsilçisində çıxış edib.

O, yetirməsi olduğu komandada meydana çıxdığı 171 matçda 6 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
44
sportinfo.az

1Mənbələr