AZ

Azərbaycan yığmalarından yoxlama oyunlarında qələbə

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbolçu qızlardan ibarət Azərbaycanın U-16 və U-18 milliləri növbəti yoxlama oyunlarını keçiriblər.



Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandalar keçirdiyi 4 qarşılaşmanın hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.



“İstanbul Yıldızları (U-16) – Azərbaycan (U-16) 71:78“Asya Kartalları” (U-16) – Azərbaycan (U-16) 33:73“Daçka Şerifalı” (U-18) – Azərbaycan (U-18) 61:82“Allstar İstanbul” (U-16) – Azərbaycan (U-16) 54:72



Qeyd edək ki, U-16 millimiz daha əvvəl yerli “Daçka Şerifalı”nın müvafiq yaş qrupundan ibarət komandasına 68:36 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbasketbol

Seçilən
139
4
komanda.az

10Mənbələr