AZ

Bu 3 təbii yolla pişiklər bağınızdan UZAQ DURACAQ!

Bağını pişiklərdən qorumaq istəyənlər üçün sadə və təsirli həll yolları var. 

News24.az xəbər verir ki, mütəxəssislərin və sosial media istifadəçilərinin tövsiyə etdiyi bu 3 təbii vasitə, pişikləri bağdan uzaq saxlamaq üçün həm effektiv, həm də ekoloji cəhətdən təhlükəsizdir:

1. Qırmızı bibər səpin: Pişiklər kəskin və acı qoxuları sevmədiyindən, bağın müxtəlif nöqtələrinə arada bir qırmızı pul bibər səpmək onları uzaqlaşdırır.

2. Sitrus qabıqları yerləşdirin: Portağal, limon və mandarin kimi sitrus meyvələrinin qabıqları pişikləri narahat edir. Bu qabıqları bağda, pişiklərin sıx gəldiyi yerlərə qoymaq həm pişikləri, həm də sivrisinek kimi həşəratları uzaq saxlayır.

3. Kofe çöküntüsündən istifadə edin: Kofe telvəsi pişikləri həm qoxusu, həm də toxuması ilə uzaqlaşdırır. Eyni zamanda torpaq üçün təbii gübrə funksiyası da daşıyır.

Bu üsullarla bağınızı həm pişiklərdən qorumaq, həm də təbiətə zərər vermədən nəticə əldə etmək mümkündür.

Xeyrənsə Piriyeva

Seçilən
77
news24.az

1Mənbələr