AZ

Bakı-Naxçıvan avtobus reysləri bərpa olunurVİDEO

İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Xezerxeber.az xəbər verir ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Bakıdan Naxçıvana sərnişindaşıma xidməti əvvəlki cədvələ uyğun bərpa ediləcək.

Sərnişinlərdən səfər öncəsi şəxsiyyət vəsiqəsi və ya pasport sənədlərini, həmçinin viza və tranzitlə bağlı tələbləri öncədən yoxlamaları tövsiyə olunur.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
145
xezerxeber.az

1Mənbələr